Çində humanoid robotların döyüş turniri start götürdü

Опубликовано: 21:17, 19.07.2026

Çində humanoid robotlar arasında keçirilən döyüş yarışları getdikcə daha böyük maraq doğurur. 16 iyul tarixində Şençjendə Ultimate Robot Knockout Legend (UKRL) turnirinin rəsmi açılışı baş tutub. Yarışda dünyanın müxtəlif ölkələrindən 32 komanda, o cümlədən Tsinhua, Çjetszyan, Honq Konq, Stenford və Kaliforniya universitetlərinin nümayəndələri iştirak edirlər. Turnirin bütün iştirakçıları eyni baza platforması – EngineAI T800


humanoid robotundan istifadə edirlər. Bununla belə, komandalar robotları öz hazırladıqları zirehlərlə təchiz edə və müxtəlif mühəndislik təkmilləşdirmələri tətbiq edə bilirlər. Hakimlər döyüşlər zamanı zərbələrin dəqiqliyini, robotların tarazlığını, müdafiəsini, qərarvermə alqoritmlərini və konstruksiyanın möhkəmliyini qiymətləndirirlər. Hələlik turnirin ilk nümayiş döyüşü keçirilib. Yarış ilin sonuna qədər davam edəcək. UKRL çempionu 10 kiloqram saf qızıldan hazırlanmış, dəyəri


10 milyon yuan (təxminən 1,48 milyon ABŞ dolları) olan çempionluq kəmərini və humanoid robotlar arasında keçirilən sərbəst döyüşlərin ilk qalibi titulunu qazanacaq. Turnir yalnız əyləncə məqsədi daşımır. Layihə Çinin robototexnika sahəsindəki texnoloji nailiyyətlərini nümayiş etdirməklə yanaşı, gənclərin və cəmiyyətin qabaqcıl texnologiyalara marağını artırmağı da hədəfləyir. The


post Çində humanoid robotların döyüş turniri start götürdü appeared first on InfoCity.


Çində humanoid robotların döyüş turniri start götürdü

Сообщает infocity.tech

 

Новость из рубрики: Технологии и Hi-Tech

 

Поделиться новостью: Поделиться новостью в Facebook Поделиться новостью в Twittere Поделиться новостью в VK Поделиться новостью в Pinterest Поделиться новостью в Reddit

 

Топ Новости Недели Топ Новости Недели

 

Honor ilk humanoid robotunu təqdim etdi 18:17, 02 Мар Honor ilk humanoid robotunu təqdim etdi MWC 2026 sərgisi çərçivəsində Honor bir sıra yeni cihazlarını nümayiş etdirsə də, tədbirin əsas diqqət mərkəzi şirkətin ilk humanoid robotunun təqdim...